Gürcüstan paytaxtında ilin ən böyük qarəti baş verib.
YeniAvropa xəbər verir ki, avtomat və kəsici alətlər, həmçinin balta ilə silahlanmış bir qrup maskalı şəxs dekabrın 20-də gecə Tbilisinin Vazisubani rayonunda “Gürcüstan Bankı”nın ekspress filialını qarət edib.
“Rustavi 2” televiziya kanalının məlumatına görə, cinayətkarlar banka daxil olaraq toplanmış nağd pulun hamısını götürüblər.
Götürülən vəsaitin dəqiq miqdarı açıqlanmasa da, bu vaxta qədər oğurlanan ən böyük məbləğ olduğu bildirilir.
Şahidlərin sözlərinə görə, qarətçilər bir gözətçinin alnından vurublar. Yaralı xəstəxanaya çatdırılıb.
Oğrular pulu da götürərək qaçmağa nail olublar.