logo

Özbəkistanin sabiq prezidentinin qızına tətbiq edilən sanksiyaların müddəti uzadılıb

11:32 21-12-2018 | icon 2989
Özbəkistanin sabiq prezidentinin qızına tətbiq edilən sanksiyaların müddəti uzadılıb

ABŞ prezidenti Donald Tramp Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnara Kərimovaya tətbiq edilən sanksiyaların müddətini uzadıb. 

YeniAvropa  Özbəkistan mətbuatına istinadla bildirir ki, sanksiya tətbiq edilən şəxslərin siyahısında bütün dünyadan 13 nəfərin, həmçinin onlarla əlaqədar 39 fiziki şəxsin və şirkətin adı var.

Özbəkistanın Baş Prokurorluğu bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, Gülnara Kərimova vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib və hazırda cəzasını çəkir. Sanksiyaların müddətinin uzadılması isə ABŞ-ın daxili işidir.

Xatırladaq ki, ABŞ Gülnara Kərimovaya qarşı 2017-ci ilin dekabrında bir il müddətinə sanksiyalar tətbiq etmişdi.