logo

Gələn həftə Ukraynada prezident seçkilərinə rəsmən start veriləcək

22:58 20-12-2018 | icon 2891
Gələn həftə Ukraynada prezident seçkilərinə rəsmən start veriləcək

Ukrayna Mərkəzi Seçki Komissiyası(MSK) ölkədə martın 31-nə təyin olunan növbəti prezident seçkilərinin hazırlanması və keçirilməsi üçün əsas təşkilati tədbirlərin təqvim planını təsdiqləyib.

YeniAvropa MSK-nın saytına istinadla xəbər verir ki, dekabrın 29-da Ukraynada prezident seçkilərinə rəsmən start veriləcək. Artıq dekabrın 30-dan namizədlərin seçki kampaniyası üçün lövhələrin qurulmasına başlanılacaq.

Bundan əlavə, Milli Bank və Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliklə birlikdə yaradılan prezidentliyə namizədlərin seçki fondlarından Mərkəzi Seçki Komissiyası tərəfindən vəsaitin alınması, uçotu və istifadəsinin monitorinqi proseduru təsdiq edilib