İŞİD qruplaşması ilə mübarizəni ilk növbədə Rusiya, İran və Suriya aparmalıdır, çünki onlar öz coğrafi mövqelərinə görə regiona daha yaxındırlar.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə özünün Twitter səhifəsində yazıb: “ABŞ qoşunlarının Suriyadan çəkilməsi sürpriz deyil. Mən bir neçə ildir bu istiqamətdə kampaniya aparmışam və altı ay əvvəl bu addımı atmaq istədiyimi bildirmişəm”.
Xatırladaq ki, dekabrın 19-da Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. O, “Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini bildirərək yazıb ki, Amerika qoşunların Suriyada mövcudluğunun yeganə səbəbi bu olub.
Hazırda Suriyada 2 minə yaxın amerikalı hərbçi var. Dövlət departamentinin əməkdaşlarının ölkəni 24 saat ərzində, hərbçilərin isə 2-3 ay müddətində tərk edəcəyi bildirilir. KİV-də ABŞ-a məxsus hərbi yük maşınlarının dünən gecədən başlayaraq Suriyadan İraq istiqamətində hərəkət etdikləri barədə xəbərlər yayılıb.