logo

Putinin mətbuat konfransı üçün 1702 jurnalist akkreditasiyadan keçib

14:12 20-12-2018 | icon 2898
Putinin mətbuat konfransı üçün 1702 jurnalist akkreditasiyadan keçib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin növbəti dəfə böyük mətbuat konfransı keçirir.

YeniAvropa xəbər verir  ki, Rusiyanın dövlət başçısının 14-cü böyük mətbuat konfransında iştirak etmək üçün 1702 jurnalist akkreditasiyadan keçib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərə bildirib ki, bu il tədbirin formatında heç bir dəyişiklik olmayacaq. Hər il olduğu kimi, bu dəfə də mətbuat konfransında iqtisadi, sosial, regional, beynəlxalq siyasət və digər məsələlərə toxunulacaq.

Mətbuat konfransı “Rossiya-1”, “Rossiya-24”, “Pervıy kanal” televiziya kanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları vasitəsilə canlı yayımlanır.