logo

İsveçrə Ukraynanın sabiq prezidentinin bank hesablarının dondurulması müddətini uzadıb

12:17 20-12-2018 | icon 2975
İsveçrə Ukraynanın sabiq prezidentinin bank hesablarının dondurulması müddətini uzadıb

İsveçrə hökuməti Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və tərəfdarlarının banklarda olan hesablarının dondurulması müddətini uzadıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə İsveçrənin Ukraynadakı səfirliyi məlumat yayıb. Bildirilir ki, İsveçrə Federal Şurası bu barədə qərar çıxarıb.

Qeyd edək ki, İsveçrə hökuməti 2014-cü il fevralın 26-dan Yanukoviç və tərəfdarlarının banklardakı hesablarını dondurub. Həmin dövrdə 70 milyon İsveçrə frankının dondurulduğu bəyan edilib. Bundan başqa, İsveçrə hökuməti Yanukoviçə qarşı çirkli pulların yuyulmasına görə cinayət işi açıb.