logo

ABŞ Suriyadan bütün qoşunlarını çıxaracaq

20:56 19-12-2018 | icon 2849
ABŞ Suriyadan bütün qoşunlarını çıxaracaq

ABŞ prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması barədə göstəriş verib.

YeniAvropa Türkiyənin "NTV" telekanalına istinadla xəbər verir ki, Donald Tramp özünün “Twitter” səhifəsində İŞİD qruplaşmasının məğlub edildiyini və qoşunların Suriyada mövcudluğunun yeganə səbəbinin bu olduğunu yazıb.

ABŞ Müdafiə Nazirliyi Trampın onlara hərbi kontingenti Suriyadan geri çəkmək barədə əmr verdiyini təsdiqləyib.

Telekanal Suriyada iki minə yaxın amerikalı hərbçinin olduğunu qeyd edir.