BMT-nin miqrasiya paktının Belçika tərəfindən imzalanması nəticəsində kəskinləşən siyasi böhran gözlənilməz şəkildə davam edib: Baş nazir Şarl Mişel özünün istefasını bəyan edib.
YeniAvropa xəbər verir ki, hökumət rəhbəri parlamentdəki çıxışında müxalifətlə və daha əvvəl miqrasiya barədə razılaşmaya qarşı etiraz əlaməti olaraq hakim koalisiyanın tərkibindən çıxan “Yeni Flamand Alyansı” ilə ümumi dil tapa bilmədiyindən şikayətlənib.
Şarl Mişelin bu bəyanatından əvvəl müxalif “Sosialist Partiyası” ilə Flandriya sosialistləri “Yaşıllar”ın dəstəyi ilə hökumətə etimadsızlıq məsələsini səsverməyə çıxarıblar. O bildirib ki, vəziyyətin necə dəyişməsini başa düşür, bu səbəbdən də dərhal kralın qəbulunda olmalı və istefası qəbul edilməlidir.