logo

BVF Ukraynaya 3,9 milyard dollar həcmində vəsait ayırıb

14:57 19-12-2018 | icon 2849
BVF Ukraynaya 3,9 milyard dollar həcmində vəsait ayırıb

Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukraynaya 14 ay ərzində 3,9 milyard dollar vəsaitin ayrılması barədə qərar qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat verib.

Onun sözlərinə görə, BVF-nun maliyyə yardımının birinci tranşı – 1,4 milyard dolları yaxın vaxtlarda köçürüləcək.

“Fondun bu qərarı Ukraynada uğurlu islahatların aparılmasının nəticəsidir və makroiqtisadiyyatın sabitliyinə xidmət edir”, - deyə Poroşenko əlavə edib.