Gürcüstan müxalifəti dekabrın 18-də müddətsiz olaraq etiraz aksiyalarına başlayır.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə “Güc birlikdədir” müxalifət blokunun prezidentliyə keçmiş namizədi, “Vahid Milli Hərəkat” partiyasının sədri Qriqol Vaşadze dekabrın 17-də keçirdiyi brifinqdə söyləyib. Onun sözlərinə görə, müxalifətin yaratdığı birliyə daxil olan 11 partiya prezident seçkilərinin nəticələrini tanımır.
Müxalifət partiyaları proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsini və seçki administrasiyasının tam dəyişdirilməsini tələb edir. Aksiyaların tələblər yerinə yetirilənədək davam edəcəyi bildirilir.