Ukrayna prezidenti Petro Poroşenko prezident seçkilərində daha layiqli namizədin olacağını istisna etməyib.
YeniAvropa xəbər verir ki, Poroşenko bu barədə dekabrın 16-da keçirdiyi mətbuat konfransında məlumat verib.
“Mən Ukrayna xalqına çox etibar edirəm. Xalqımın seçki məsuliyyətinə inanıram. Əgər seçkilərdə daha layiqli namizəd olsa, ona dəstək verəcəyəm”, - deyə ölkə prezidenti bildirib.
O, prezident seçkilərində iştirak edib-etməyəcəyini açıqlamayıb: “İndi hələ hazır deyiləm, çünki seçki kampaniyasına start verilməyib”.
Qeyd edək ki, Ukraynada prezident seçkisi 2019-cu ilin martın 31-də keçiriləcək.