Gürcüstanın yerləşdiyi region dünya əhəmiyyətli iqtisadi layihələrin reallaşdırılmasına geniş imkanlar yaradır. Bu regionda daha böyük layihələr həyata keçirə bilərik.
YeniAvropa xəbər verir ki, bu sözləri Gürcüstanın yeni prezidenti Salome Zurabişvili dekabrın 16-da keçirilən andiçmə mərasimində söyləyib.
O deyib: “Biz, iqtisadi təhlükəsizliyin mərkəzi olmalıyıq və bununla ölkənin cəlbediciliyini artırmalıyıq. Bunun üçün daha çox təşəbbüs və innovasiyalara ehtiyac var. Mən bütün qüvvəmlə investisiyaların cəlb olunması və yeni ideyaların təşviqini dəstəkləməyə hazıram”.