logo

Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb

20:35 16-12-2018 | icon 2940
Güclü sel və daşqınlar Antalya və Bodrumda böyük fəsadlar yaradıb

Türkiyənin Muğla vilayətinin Bodrum rayonuna güclü yağış və dolu düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Bodrum-Turgutreis şosesi və rayonun Bitez, Ortakənt, Yahşi məhəllələrində daxili yollar su altında qalıb. Minik avtomobillərinin hərəkəti mümkünsüz hala düşüb. Bəzi tikililərin birinci mərtəbəsini və zirzəmiləri su basıb.

Antalyanın Konyaaltı rayonunda isə güclü daşqınlar yaranıb. Rayonun Hisarçandır dağlıq bölgəsində iki həkimin köməksiz vəziyyətdə qaldığı bildirilir. Bölgəyə xilasedici dəstələr göndərilib.