logo

İndoneziyada "Soputan" vulkanı püskürüb

19:48 16-12-2018 | icon 2884
İndoneziyada "Soputan" vulkanı püskürüb

Dekabrın 16-da İndoneziyanın Sulavesi adasında yerləşən "Soputan" vulkanı püskürüb.

YeniAvropa xəbər verir  ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl oktyabrda "Qamalama" vulkanı sutka ərzində iki dəfə püskürmüşdü. Həmin vaxt mütəxəssislər vulkanın fəallığını dörd ballıq cədvəl üzrə iki bal səviyyəsində qiymətləndirmişdilər.

Agentliyin məlumatına əsasən, "Suputan" vulkanının püskürməsi yerli vaxtla saat 3:09-da baş verib. Vulkan dəniz səviyyəsindən 4,8 kilometr yüksəkliyə kül püskürüb.

Təbii fəlakət nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.