Dekabrın 16-da yerli vaxtla saat 12:46-da (Bakı vaxtı ilə 08:46) Çinin Siçuan vilayətinin İbin şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ olub.
YeniAvropa xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkəsi Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri yer səthindən 12 kilometr dərinlikdə olub. Zərərçəkənlər və yaralananlar, həmçinin dağıntılar barədə hələlik məlumat yoxdur.