Türkiyənin şərq və cənub-şərq bölgəsinə yağan güclü qar nəticəsində 844 kəndlə əlaqə kəsilib. Güclü qar və sərt buz yolları bağlayıb.
YeniAvropa xəbər verir ki, qarın davam etməsi yolların təmizlənməsinə böyük çətinliklər yaradır.
Qeyd edək ki, Ankara vilayəti də daxil olmaqla, ölkənin güclü qar yağan bir sıra bölgələrində dekabrın 14-dən orta məktəblərə tətil verilib.