logo

Gürcüstan-Rusiya magistral yolu yenidən bağlanıb

23:10 13-12-2018 | icon 2877
Gürcüstan-Rusiya magistral yolu yenidən bağlanıb

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı - Yuxarı Lars yolu dekabrın 13-də bütün növ avtomobillər üçün bağlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın müvafiq dövlət strukturları məlumat yayıb.

Məlumatda deyilir ki, hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

Məlumata görə, hazırda yolda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, Ukrayna və digər ölkələrə məxsus 200-dən çox yük maşınları, eləcə də minik avtomobilləri dayanıb.

Bundan başqa, Transqafqaz magistralı da (Transkam) bağlanıb. Bu magistrala yaxın dağlarda qar uçqunu ola biləcək əraziləri zərəsizləşdirmək üçün kəşfiyyat xarakterli atəş hazırlığı aparılır.