logo

Tereza Mey etimad səsverməsindən qalib çıxdı

23:58 12-12-2018 | icon 2912
Tereza Mey etimad səsverməsindən qalib çıxdı

Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar partiyasının lideri Tereza Meyə etimad səsverməsi keçirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, səsvermə nəticəsində Tereza Meyin Baş nazir postunda qalacağı dəqiqləşib. Belə ki, Tereza Meyin lehinə 200, əleyhinə isə 117 nəfər səs verib.

Beləliklə, Tereza Mey etimad səsverməsində qalib gələrək Baş nazir vəzifəsinin icrasını davam etdirmək hüququ qazanıb.