logo

Makron Fransada fövqəladə vəziyyət elan etdi

22:49 10-12-2018 | icon 2898
Makron Fransada fövqəladə vəziyyət elan etdi

Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

YeniAvropa  "RİA Novosti" agentliyinə istinadla xəbər verir  ki, bu barədə Fransa prezidenti "BFMTV" telekanalı vasitəsilə çıxışı zamanı xalqa məlumat verib.

O, qeyd edib ki, ölkənin problemləri çoxdan mövcuddur və narazılıq heç və ölkədə vergilərin artırılması ilə bağlı deyil. Problemlərin kökləri  daha dərindir. "Lakin bu heç də o demək deyil ki, polis maşınlarını yandırmaq lazımdır. yaxud ticarət mərkəzləri dağıdılmalıdır."

"Mən bizim ölkənin siyasi sistemi ilə mübarizə apararaq, onu sizin üçün yaxşılaşdırmaq istəyirdim. Bir çox ölkələr belə vəziyyətlərdən çox ağır keçir, lakin mən ümid edirəm ki, Fransa xalqı vahid qalmaq üçün kifayət qədər güclü olacaq", - prezident qeyd edib. 

O ölkədə yaranmış böhrandan çıxış yoluna dair hazırlanmış təklifləri sabah  baş nazir tərəfindən parlamentə təqdim ediləcəyini vurğulayıb.