logo

Çexiya BMT-nin konfransını boykot edib

18:27 10-12-2018 | icon 2786
Çexiya BMT-nin konfransını boykot edib

Çexiya nümayəndə heyəti dekabrın 10-da Mərakeşdə keçirilən BMT-nin miqrasiya üzrə konfransınaa qatılmayıblar.

YeniAvropa xəbər verir  ki, konfransda 164 ölkə BMT-nin miqrasiya üzrə Qlobal Sazişinin qəbul edilməsinin lehinə səs veriblər. Bununla belə,  BMT-yə üzv daha 30 dövlət bu məsələdə Çexiya ilə həmrəy olduğunu bəyan edib.

Xatırladaq ki, rəsmi Praqa hələ bir ay bundan əvvəl BMT-nin miqrasiya üzrə Qlobal Sazişini dəstəkləməkdən imtina edəcəyini bəyan etmişdi. Çexiya XİN-in mətbuat üçün açıqlamasında deyilir: “Hazırda qəbul edilən sənəddə leqal və qeyri-leqal miqrasiyanı fərqləndirəcək dəqiq təsbit yoxdur”.

Qurumda belə hesab edirlər ki, qeyri-leqal miqrasiyanın arzuolunmaz hadisə olması barədə bənd Sazişdə öz əksini tapmayıb.