logo

İranda 5 tondan artıq narkotik vasitə müsadirə olunub

17:49 10-12-2018 | icon 2849
İranda 5 tondan artıq narkotik vasitə müsadirə olunub

İranın Sistan-Bəlucistan bölgəsində həyata keçirilən əməliyyat zamanı 5,4 ton narkotik vasitə müsadirə edilib.

YeniAvropa xəbər verir  ki, bu barədə bölgənin valisi Məhəmməd Qənbəri KİV-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dörd qruplaşma zərərsizləşdirilib. Son 10 gün ərzində həyata keçirilən əməliyyat zamanı silahlı dəstələr də müəyyən edilib. Həbs olunanlar var. Hazırda istintaq aparılır.

M. Qənbəri qeyd edib ki, ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra bu ölkədə narkotik vasitələrin istehsalı artıb.