Moldovanın Konstitusiya Məhkəməsi parlamentin bəzi qanunlarını imzalamadığı üçün İqor Dodonu ölkə prezidenti vəzifəsindən növbəti dəfə müvəqqəti uzaqlaşdırıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Konstitusiya Məhkəməsi bu barədə qərarı deputatların iddiası əsasında çıxarıb.
Qanunvericiliyə görə, prezidentin səlahiyyətləri Moldova parlamentinin sədri Andrian Kanduya keçib.
Qeyd edək ki, artıq beşinci dəfədir İ.Dodonun prezidentlik səlahiyyətləri müvəqqəti əlindən alınır. İlk dəfə 2017-ci ilin yazında prezidentlik vəzifəsinə xitam verilib.