logo

Ermənistan tarixində ən biabırçı seçki keçirilib

20:47 09-12-2018 | icon 2646
Ermənistan tarixində ən biabırçı seçki keçirilib

Bu gün keçirilən parlament seçkiləri Ermənistan tarixinin ən biabırçı seçkisidir.

YeniAvropa erməni KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasının namizədi David Şahnazaryan jurnalistlərə açıqlamasında deyib.

Seçkiöncəsi təbliğat kampaniyasının müddətinin qısa olmasından təəssüfləndiyini bildirən Şahnazaryan qeyd edib ki, seçki kampaniyası hakimiyyət üçün çox böyük problemlər yaradıb. Kampaniya zamanı təhdidlər səsləndirilib, hakim qüvvə tərəfindən təzyiq halları baş verib.

O deyib ki, yarana biləcək mənfi hallar barədə hakimiyyət əvvəlcədən düşünməli idi. Bu, Ermənistan tarixində ən biabırçı seçkilər oldu, hökumət qüvvələri tərəfindən təhdidlər, qanun pozuntuları və şiddətlə müşayiət edildi.