logo

2 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

13:37 11-01-2018 | icon 3549
2 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Ötən gün polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri uğurla nəticələnib. Əməliyyat nəticəsində iki kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.YeniAvropa Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Əzimov saxlanılıb. Baxış zamanı ondan 510 qram heroin aşkar edilərək götürülüb.

Bakı şəhər sakini Yaqub Yunusov isə Sabunçu rayon Polis İdarəsi 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı 400 qram marixuana aşkarlanıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Qaradağ rayonunda Bakı şəhər sakini Elbrus Orucovdan 205 qram marixuana, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər sakinləri, əvvəllər məhkum olunmuş Seymur Talıbovdan 120 qram və onun qardaşı, əvvəllər məhkum olunmuş Kəmaləddindən 114 qram tiryək aşkar ediblər.

Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Musayev saxlanılıb. Həmin şəxsdən 483 qram marixuana götürülüb.

Saxlanılan şəxslər və maddi sübutlar istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır