logo

“Toyota” 13 mindən çox avtomobili geri çağırır

17:39 09-12-2018 | icon 2765
“Toyota” 13 mindən çox avtomobili geri çağırır

Tanınmış avtomobil istehsalçısı “Toyota” əsas işıq faralarının elektron idarəetmə sisteminin proqram təminatındakı qüsurlara görə 13 min 48 avtomobili Çindən geri çağırır.

YeniAvropa xəbər verir  ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb.

Bildirilir ki, cari ilin martından oktyabrınadək olan müddətdə istehsal olunan “Corolla GL” modelli avtomobillər geri çağırılır. İstehsalçı şirkət qüsurları öz hesabına aradan qaldıracaq.