logo

Ermənistanda parlament seçkilərində qanun pozuntuları aşkarlanıb

14:41 09-12-2018 | icon 2842
Ermənistanda parlament seçkilərində qanun pozuntuları aşkarlanıb

Bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

YeniAvropa xəbər verir  ki, yerli mətbuatın yazdığına görə,  seçki məntəqələrində çoxlu sayda qanun pozuntuları müşahidə olunub. Bunlar əsasən adamların karusel üsulu ilə bir neçə məntəqədə səs verməsində özünü göstərib. Ekspertlərin fikrincə , ümumiyyətlə, ölkə üzrə seçicilərin passivliyi müşahidə olunur.

Siyasi analitiklər Ermənistanda keçirilən bu seçkiləri Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyinin rəsmiləşdirilməsi kimi dəyərləndirirlər.