Onun sözlərinə görə, indi bir çox Avropa şəhərlərində gərgin vəziyyət yaranıb.
"Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir", - deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti qeyd edib ki, Ankara həm nümayişçilərin yaratdığı xaosa, həm də etirazçılara qarşı həddindən artıq güc tətbiqinə qarşıdır.
Xatırladaq ki, bu gün “Yaşıl jilet”lilər Fransanın paytaxtı və digər şəhərlərində qiymət və vergi artımına qarşı etiraz aksiyaların davam etdiriblər.