Üç qeyri-OPEC neft istehsalçısı ölkə Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) müşahidəçi statusu əldə edib.
YeniAvropa xəbər verir ki, bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib. O bildirib ki, Çad, Cənubi Afrika Respublikası və Özbəkistan müşahidəçi ölkə kimi OPEC-ə qoşulub. Həmçinin Afrika Neft İstehsalçıları Assosiasiyası da təşkilatda müşahidəçi olub.
Qeyd edək ki, 15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.