Neft hasilatının azaldılması sazişi üzrə İran, Liviya və Venesuelaya güzəştə gedilib
Neft istehsalının azaldılması üzrə saziş çərçivəsində İran, Liviya və Venesuelaya güzəşt tətbiq olunub.
YeniAvropa xəbər verir ki, bu barədə OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib.
O bildirib ki, kartelə üzv bəzi ölkələrə neft hasilatının azaldılmasına dair saziş çərçivəsində güzəşt tətbiq edilib: “ABŞ-ın sanksiyaları ilə əlaqədar İrana, eləcə də Liviya və Venesuelaya güzəştə gedilib”.
Ötən gün OPEC və OPEC+ üzrə neft istehsalının sutkada 1,2 milyon barrel azaldılmasına qərar verilib. Gələn il yanvarın 1-dən qüvvədə olmaqla 6 aylıq müddətə OPEC üzrə sutkalıq neft hasilatı 800 min barrel, qeyri-OPEC ölkələri üzrə isə gündəlik 400 min barrel azaldılacaq.