Cənubi Koreya ordusunun ehtiyatda olan generalı Li Ce-su özünü binadan atıb.
YeniAvropa xəbər verir ki, Cənubi Koreya ordusunun müdafiə-təhlükəsizlik komandanlığının keçmiş rəhbəri olmuş Li Ce-su Seulun Sonpa rayonunda yerli vaxtla 14:48-də intihar edib.
Yonhap agentliyinin məlumatına əsasən, 60 yaşlı general 2014-cü ildə gəmi qəzasında həlak olmuş 300 nəfərdən çox insanın yaxınlarının qeyri-qanuni müşahidəsinin təşkilində ittiham olunaraq istintaqa cəlb olunmuşdu. Prokurorlar onu tabeçiliyindəki zabitlərə ictimaiyyətdə mənfi rəy yaratmaqdan ötrü gəmi qəzasında ölənlərin yaxınları haqqında mümkün neqativ məlumatları toplamağı əmr etməkdə ittiham edirdi. Prokurorluq ordunun müdafiə-təhlükəsizlik komandanlığının bu işə ölkənin keçmiş prezidenti Park Kın-hye istəyi ilə başladığını güman edir.