logo

Korrupsiyanın Avropa İttifaqına vurduğu zərər hesablanır

17:55 07-12-2018 | icon 2828
Korrupsiyanın Avropa İttifaqına vurduğu zərər hesablanır

Avropa İttifaqının 28 üzv ölkəsində korrupsiyanın miqyası hər il təşkilatın iqtisadiyyatına 900 milyard avro zərər vurur.

YeniAvropa "Belga" agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa “Yaşıllar” Partiyasının məlumat yayıb.

Korrupsiya əleyhinə OLAF agentliyinin son hesablamalarına görə, Aİ ölkələri hər il korrupsiya səbəbindən 323 milyard avro vəsait itirir ki, bu da ittifaqın 7 illik büdcəsinin demək olar, 30 faizini təşkil edir.

Avropa Komissiyası isə öz növbəsində, rüşvətxorluq və büdcə mənimsəmələrinin hər il Aİ-yə vurduğu zərərin 120 milyard avronu (Avropa İttifaqı büdcəsinin təxminən 7 faizi) ötdüyünü bildirib. 2013-cü ildə üzv ölkələrin prokurorluqları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluq faktları üzrə qurumun tarixində rekord sayda – 68 minə yaxın cinayət işi açılıb.

Digər bir məlumata görə, Aİ-də korrupsiya üzrə ən pis göstərici Rumıniyada (ÜDM-in 15 faizi), ən yaxşı göstərici isə Niderlandda (ÜDM-in 0,76 faizi) qeydə alınıb.