logo

Kim Çen In gələn həftə  Seula səfər edəcək

12:51 07-12-2018 | icon 2828
Kim Çen In gələn həftə  Seula səfər edəcək

Koreya Respublikasının Prezidenti Mun Ce-in KXDR lideri Kim Çen Inı dekabrın 12-14-də Seula səfərə dəvət edib.YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Chosun ilbo” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Mun Ce-in artıq Kim Çen Ina rəsmi dəvət göndərib. Bununla əlaqədar Cənubi Koreya prezidenti administrasiyasının Şimali Koreya istiqamətində fəaliyyətinin aktivləşməsi müşahidə olunur.

Xatırladaq ki, 2018-ci ildə KXDR və Koreya Respublikası liderlərinin üç sammiti keçirilib. Pxenyanda baş tutan son zirvə görüşü zamanı Kim Çen In “yaxın vaxtlarda” Seula səfər edəcəyinə vəd vermişdi. Bir qədər sonra isə Cənubi Koreya prezidenti bildirmişdi ki, səfər 2018-ci ilin sonunadək baş tuta bilər.