logo

Co Bayden özünü ABŞ prezidentliyinə ən layiqli namizəd hesab edir

20:57 05-12-2018 | icon 2849
Co Bayden özünü ABŞ prezidentliyinə ən layiqli namizəd hesab edir

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden deyib ki, o, ABŞ prezidenti vəzifəsinə ən layiqli namizəddir.

YeniAvropa xəbər verir  ki, Bayden bu bəyanatı böyük oğlu, 2015-ci ildə baş beyin xərçəngindən dünyasını dəyişmiş Cozefin xatirəsinə həsr edilmiş “Mənə söz ver, ata” turu çərçivəsində Montana Universitetində çıxışında səsləndirib.

Bayden daha sonra deyib ki, 2020-ci ildə prezident seçkilərində onun iştirak edib-etməyəcəyi ailəsinin bu sınaqdan keçməyə hazırlıq dərəcəsindən asılı olacaq. 2020-ci ildə Baydenin 78 yaşı olacaq. Sabiq vitse-prezident öz bəyanatını belə əsaslandırıb ki, o, ölkə qarşısında duran məsələlərlə, o cümlədən orta sinfin ağır vəziyyəti və xarici siyasət ilə yaxşı tanışdır və bu sahədə zəngin təcrübəsi var.