logo

Diplomatik qalmaqal-rusiyalı diplomat Slovakiyadan qovuldu

20:08 05-12-2018 | icon 2786
Diplomatik qalmaqal-rusiyalı diplomat Slovakiyadan qovuldu

Bratislava ilə Moskva arasında diplomatik qalmaqal baş verib: Rusiyanın Bratislavadakı səfirliyinin əməkdaşı ölkədən çıxarılıb.

YeniAvropa  “Ria Novosti”yə istinadla xəbər verir ki, “Pravda” qəzetinin yazdığına görə, Slovakiyanın baş naziri Peter Pelleqrini persona non-qrata elan olunan rusiyalı diplomatı Bratislava və NATO əleyhinə kəşfiyyat xarakterli məlumatlar toplamaqda ittiham edib.

Rusiyanın Slovakiyadakı səfirliyində məlumatı şərh etməsələr də, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin müavini Vladimir Cabarov Moskvanın “dostluqla bir araya sığmayan bu addıma adekvat cavab verəcəyini” deyib.