BMT-nin baş katibi hamını elektromobillərdən istifadə etməyə çağırıb
BMT-nin baş katibi Antonio Quterreş Polşanın Katovitse şəhərində davam edən iqlim dəyişiklikləri konfransında hamını elektromobillərdən istifadə etməyə çağırıb.
YeniAvropa BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın rəhbərinin sözlərinə görə, atmosferə buraxılan zəhərli qazların dörddəbiri avtomobil nəqliyyatının payına düşür. A.Quterreş əlavə edib ki, avtomobillərin emissiya etdiyi karbon qazının miqdarı 1990-cı il səviyyəsi ilə müqayisədə 70 faiz çoxdur. “Bu gün bütün dünyada bir milyarddan çox sərnişin avtomobili var, 2040-cı ildə bu rəqəm iki milyarda çatacaq. Hazırkı vəziyyət nəqliyyat emissiyalarının azaldılması üzrə təcili tədbirlər görülməsini tələb edir. Bundan başqa, avtomobillərin atmosferə buraxdığı zəhərli qazlar hər il altı milyon insanın ölümünə səbəb olur. Tamamilə aydındır ki, bu tendensiyanı dayandırmaq lazımdır. Hərəkətə keçməyin vaxtıdır. Bizim ekoloji cəhətdən təmiz nəqliyyata ehtiyacımız var”, - deyə baş katib vurğulayıb.
BMT-nin rəhbəri qeyd edib ki, bu gün energetika və nəqliyyat sistemlərində köklü dəyişikliklər baş verir: yenilənən enerji mənbələri artır və elektromobillərin istehsalı genişlənir. Son illər ərzində elektrik mühərriki ilə işləyən avtomobillər üçün 3,5 min enerji yüklənməsi stansiyası açılıb. A.Quterreş əlavə edib: “Karbohidrogen yanacağından imtina etmək və elektromobillərə keçmək istəyən ölkələrin sayı get-gedə artır. Bir sıra ölkələr qarşıya 2020-2030-cu illərdə elektrik nəqliyyatının həcminin genişləndirilməsi üzrə konkret məqsədlər qoyub. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, elektoromobillərə enerji yüklənməsi stansiyalarının sayı yaxın illərdə daha da çoxalacaq”.
Baş katib diqqətə çatdırıb ki, elektromobillərdən istifadəyə keçid prosesi 2050-ci ilə qədər hökumətlərə 70 trilyon dollaradək vəsaitə qənaət etmək imkanı verəcək.
“Bloomberg” agentliyinin məlumatına görə, 2040-cı ildə dünyada bütün avtomobil satışlarının 55 faizini elektromobillər təşkil edəcək və avtomobil parkının üçdəbiri onlardan ibarət olacaq. Hesablamalar göstərir ki, bu, gündəlik 7,3 milyon barrel nəqliyyat yanacağına qənaətlə nəticələnəcək.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib