Cari ilin yanvar-noyabr aylarında Gürcüstanda 49 min cinayət faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 60 faiz çoxdur.
DİN-in məlumatına görə, 2017-ci ilin 11 ayında (yanvar-noyabr) 30 min 600 cinayət faktı qeydə alınıb.
Bununla yanaşı, 2018-ci ildə qeydə alınmış cinayətlərin üstünün açılması faktları da azalıb. Belə ki, 2017-ci ildə qeydə alınmış cinayətlərin 53,56 faizinin üstünün açıldığı halda, cari ildə qeydə alınmış cinayətlərin 35,29 faizinin üstü açılıb. Bu da ötən ildəkindən təqribən 20 faiz azdır.
Cari ildə qeydə alınmış cinayətlər əsasən oğurluq, insanları özünü öldürmə həddinə çatdırma, ailə zorakılığı, narkotik vasitələrin saxlanılması, istifadəsi, satışı və s sahələrlə əlaqəli olub.