logo

Gürcüstanın yeni prezidentinin inaqurasiyası Telavidə keçiriləcək

15:30 05-12-2018 | icon 2779
Gürcüstanın yeni prezidentinin inaqurasiyası Telavidə keçiriləcək

Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi paytaxt Tbilisidə deyil, Kaxeti bölgəsində keçiriləcək.

YeniAvropa xəbər verir  ki,andiçmə mərasiminin dekabrın 16-da Telavi şəhərində keçirilməsi nəzərdə tutulub. Kaxeti bölgəsinin qubernatoru İrakli Kadaqişvili mətbuata açıqlamasında deyib ki, mərasimin şəhər ərazisindəki “Batoni” qala sarayında keçirilməsi planlaşdırılıb. Bununla belə, hələlik mərasimə hazırlıq işlərinə başlanılmayıb. Bildirilib ki, “Batoni” qalası 1762-1782-ci illərdə Gürcüstanın sonuncu çarı II İraklinin rezidensiyası olub.

Xatırladaq ki, Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Salome Zurabişvili səslərin 60 faizini toplamaqla rəqibi Qriqol Vaşadzeyə qalib gəlib. Yerli mətbuatın yazdığına görə, S.Zurabişvili həm birinci, həm də ikinci turda Telavidə rəqibinə uduzub.