logo

Gürcüstanda prezidentin ehtiyat fondu ləğv edilir

21:16 04-12-2018 | icon 2996
Gürcüstanda prezidentin ehtiyat fondu ləğv edilir

Gürcüstanda prezidentin ehtiyat fondu ləğv edilir, habelə administrasiya işçilərinin sayı azaldılır.

YeniAvropa xəbər verir  ki, hər il dövlət büdcəsindən prezidentin ehtiyat fonduna 5 milyon lari (təqribən 2 milyon dollara yaxın) maliyyə vəsaiti ayrılırdı.

2019-cu ilin dövlət büdcəsində prezident administrasiyasının maliyyələşdirilməsi də 3,8 milyon lariyə qədər azaldılıb (təqribən 1,4 milyon ABŞ dolları). Büdcə layihəsində əvvəl bu rəqəm 9,8 milyon lari (3,6 milyon dollardan çox) nəzərdə tutulmuşdu.

Prezident administrasiyasında çalışan işçilərin sayı da 60 nəfərədək azaldılır.

Məlumat üçün qeyd edək ki, hazırda Prezidentin Administrasiyasında 140 nəfər çalışır.