Noyabrın 30-da 94 yaşında vəfat etmiş ABŞ-ın 41-ci prezidenti Corc Buşla vida mərasimi başlayıb.
YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, ata Corc Buşun nəşi prezident təyyarəsinin göyərtəsində Vaşinqtona gətirilib.
Vida mərasimi Kapitoli rotondasında keçirilir. Mərhum prezidentin dəfn olunacağı gün - dekabrın 5-i ölkədə milli matəm günü elan edilib.
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp həyat yoldaşı Melanya ilə birgə mərasimdə iştirak edib.