logo

BMT dövlətləri ekoloji fəlakətlərin qarşısının alınmağa çağırdı

15:27 03-12-2018 | icon 2933
BMT dövlətləri ekoloji fəlakətlərin qarşısının alınmağa çağırdı

Dünya ölkələri ekoloji fəlakətin qarşısının alınması üçün lazımı tədbirlər görmür.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş təşkilatın iqlimin dəyişikliyi üzrə 24-cü konfransında deyib. “Biz ciddi problemlə qarşılaşmışıq. İqlimin dəyişməsi getdikcə sürətlənir. Nə qədər gec deyil, bunun qarşısını almalıyıq. Məqsədimizin və vəziyyətimizin aktuallığını dəyərləndirmək çətindir”, - deyə Quterreş bildirib.

“Biz fəlakətli iqlim dəyişikliyinin qarşısının alınması üçün hələ də lazımi tədbirlər görmürük. Bizə dönüş lazımdır. Bunu etməsək, Arktika və Antarktida əriyəcək, mərcan rifləri məhv olacaq. Ekoloji fəlakətlərin xərcləri təsəvvür edilməz xarakter alacaq”, - deyə baş katib əlavə edib.

Polşanın Katovitse şəhərində keçirilən konfrans iştirakçılarının əsas məqsədi 2015-ci ildə qəbul olunan Paris iqlim sazişinin reallaşdırılma metodlarını müzakirə etməkdir. 194 ölkə tərəfindən imzalanan Paris sazişi qlobal istiləşmənin qarşısının alınması üçün fəaliyyət planını müəyyənləşdirir. Sazişə əsasən, bütün tərəflər təbiətə atılan tullantıların azaldılması, texnoloji yenidənqurma və iqlim dəyişikliyinə adaptasiya üçün tədbirlər görməlidir.