Türkiyənin təhlükəsizlik qüvvələrinin son bir həftə ərzində keçirdiyi antiterror əməliyyatları nəticəsində 14 terrorçu zərərsizləşdirilib.
YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, terrorçulardan altısı sağ olaraq ələ keçirilib, 5-i özü təslim olub, 3-ü məhv edilib.
Əməliyyat axtarış təbirləri nəticəsində terrorçuluqda şübhəli bilinən 1163 nəfər həbs olunub. Həmçinin çox sayda silah və sursat ələ keçirilib.