Meksika prezidentinin “Boeing 787 Dreamliner” təyyarəsi satılmaq üçün bu gün ABŞ-ın Kaliforniya ştatına göndəriləcək.
YeniAvropa xəbər verir ki, yerli "Telemundo" telekanalının yaydığı məlumata görə, dəbdəbəli təyyarə satılana qədər San-Bernardino şəhərində qalacaq. “Boeing 787 Dreamliner” 219 milyon dollara Meksikanın sabiq dövlət başçısı Felipe Kalderon üçün alınmışdı. Həmin təyyarədən sabiq prezident Enrike Penya Nieto da istifadə edirdi.
2018-ci ildə Meksikada keçirilən prezident seçkilərində qələbə qazanan Manuel Lopes Obrador həmin təyyarədən istifadə etməyəcəyini və səfərlərə kommersiya təyyarələri ilə gedəcəyini bildirmişdi.
Dekabrın 3-də “Boeing 787 Dreamliner” də daxil olmaqla, bütün prezident aviaparkı satışa çıxarılacaq.