Q.Vaşadze bildirib ki, müxalifət ölkədə siyasi böhranın aradan qaldırılması üçün hökumətə 16 dekabradək vaxt verib: “Biz növbədənkənar parlament seçkiləri və seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsini tələb edirik. Buna görə hökuməti işçi qrup yaratmağa çağırırıq. Gələcək planlarımız hökumətin addımlarından asılı olacaq”.
Askiya iştirakçılarına Gürcüstanın sabiq prezidenti, Vahid Milli Hərəkat Partiyasının lideri Mixail Saakaşvili canlı video bağlantı ilə müraciət edib. O, etirazçıları təslim olmamağa və səslərini qorumağa çağırıb: “Bizim mübarizəmiz qələbə ilə başa çatacaq. Məni çağıran kimi, mən fiziki olaraq yanınza gələcəyəm. Biz dayanmayacağıq və mübarizəmizi davam etdirəcəyik”.