logo

Gürcüstan müxalifəti paytaxt Tbilisidə etiraz aksiyası keçirib

18:34 02-12-2018 | icon 2828
Gürcüstan müxalifəti paytaxt Tbilisidə etiraz aksiyası keçirib

Dekabrın 2-də Gürcüstanın müxalifət partiyalarının liderləri və üzvləri Tbilisinin mərkəzi Rustaveli prospektində, parlament binası önündə etiraz aksiyası keçiriblər. Aksiyada minlərlə insan iştirak edib.

YeniAvropa xəbər verir  ki,  aksiya iştirakçıları əsasən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini, noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğv olunmasını tələb ediblər.

Mitinq təşkilatçıları hesab edirlər ki, ciddi qanun pozuntuları, cinayətkar əməllərlə müşayiət olunan seçkilər gürcü xalqı üçün utandırıcı tarixi hadisədir.

Müxalifət liderləri proporsional və ya regional-proporsional parlament seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıblar.

Gürcüstanın əsas ana müxalifəti hesab olunan “Vahid Milli Hərəkat” partiyasının yaradıcısı, hazırda xaricdə yaşayan eks-prezident Mixeil Saakaşvili “Skype” vasitəsilə aksiyaya qoşulub və xalqı daha kəskin mübarizəyə səsləyib.

Polis tərəfindən aksiya iştirakçılarının təhlükəsizliyi qorunub.

Təcili tibbi yardım işçiləri mitinqdə halı pisləşən insanlara yardım göstəriblər.