İsveçin avtomobil istehsalçısı “Volvo” Çin bazarında satdığı 16 min 582 avtomobili qoşulma modulunun proqram təminatındakı qüsurlara görə geri çağırır.YeniAvropa xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Xəbərdə qeyd edilib ki, geri çağırılan avtomobillər 2016-2018-ci illərdə idxal edilmiş və “Volvo”nun Çindəki zavodlarında yığılmış “XC90”, “S90”, “V90CC” və “XC40” modelindən olan nəqliyyat vasitələridir.
Bildirilir ki, “Volvo” qüsurlu avtomobillərin proqram təminatını öz hesabına yeniləyəcək.