Türkiyə cari ilin noyabr ayında 15 milyard 532 milyon ABŞ dolları məbləğində məhsul ixrac edib.YeniAvropa xəbər verir ki, bu barədə ölkənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.
Nazir bildirib ki, bu göstərici ötən ilin müvafiq ayı ilə müqayisədə 9,49 faiz çoxdur. Onun sözlərinə görə, hazırda ölkədə 1 milyon 896 min şirkət fəaliyyət göstərir. Onların 99 mini bu il təsis olunub.