Yaponiyanın teleşəbəkələri çox yüksək dəqiqliyə malik görüntülü 4K və 8K formatında yayımlara başlayıb. Bu formatlar görüntünü və səsi adi yüksək keyfiyyətli teleyayımdan dəfələrlə fərqli keyfiyyətdə ötürməyə imkan verir.
YeniAvropa xəbər verir ki, bu münasibətlə dekabrın 1-də Tokioda keçirilən mərasimdə rabitə naziri Masatoşi İşida Yaponiyanın 4K və 8K formatında teleyayım sahəsində aparıcı rol oynayacağını bildirib.
NHK telekanalı ölkə daxilində BS4K və BS8K süni peyk televiziyalarında yeni formatda yayıma başlayıb. Bu formatlar xüsusi telemonitorlarda və ya xarici tünerə qoşulan televiziyalarda yayımlana bilər.