Əfqanıstanın cənubunda yerləşən Qəndəhar vilayətində “Taliban”a məxsus bomba yüklü avtomobilin partlaması nəticəsində hərəkatın azı 37 silahlısı ölüb.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, insident noyabrın 30-dan dekabrın 1-nə keçən gecə baş verib.
Vilayət qubernatorunun məlumatına əsasən, silahlılar partlayıcı yüklənmiş “Hammer” avtomobili ilə Zəbuldakı sərhəd polis taboruna hücum etməyi planlaşdırırdılar.