Dekabrın 1-də Rumıniyada Birlik Günü qeyd edilir.
YeniAvropa xəbər verir ki, 1918-ci il dekabrın 1-də Transilvaniya və Banat regionlarının rumınları Rumıniya krallığı ilə birləşiblər. 1990-cı ildə Rumıniya parlamenti 1 dekabr tarixinin ölkədə Birlik Günü elan olunması barədə qərar qəbul edib.
Bu il Birlik Gününün 100 illik yubileyi qeyd olunur.