Özbəkistanda əsgərlər ölkə tarixi və “Teymurun qanunları” fənlərindən imtahan verəcəklər.
YeniAvropa xəbər verir ki, bu haqda Şavkat Mirziyoyev Özbəkistan prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib.
Dövlət başçısı gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə toxunaraq qeyd edib ki, hərbi qulluqçular Özbəkistanın tarixi, qəhrəmanlarımızın və sərkərdələrimizin həyatı və şücaəti haqqında biliklərə yiyələnməli, onlarla fəxr etməlidirlər.
Ş.Mirziyoyev qeyd edib ki, əsgərlər hərbi and içməzdən əvvəl mütləq Özbəkistanın tarixi və “Teymurun qanunları” fənlərindən imtahan verməlidirlər.
Prezident qabaqcıl hərbi hissələrə böyük sərkərdələrin adlarının verilməsi, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması, məşhur sərkərdələr haqqında bədii filmlərin çəkilməsi, onlarla bağlı kitabların çap olunması haqqında Fərman da imzalayıb.